Главная > Ümumi > The New York Times rəsmən H. Klintonu dəstəklədiyini elan etdi

The New York Times rəsmən H. Klintonu dəstəklədiyini elan etdi


24-09-2016, 23:10.
ABŞ-ın The New York Times qəzeti qarşıdan gələn prezident seçkilərində rəsmən Hillari Klintonun namizədliyini dəstəklədiyini bəyan edib.

"Onun intellekti, təcrübə və comərdliyinə görə”, – nəşrin redaktorlar heyəti öz seçimlərini saytın qəzetində çar olan məqalədə belə izah ediblər.

The New York Times qeyd edir ki, məqsədyönlü şəkildə Klintonu onun rəqibi, Respublikaçılar partiyasından namizəd Donald Trampla müqayisə etməyib.

"Onları, indiki seçki marafonu şəraitində, müqayisə etmək yersiz idi. Klintonun xidmətləri və praqmatik ideyaları, digər namizəd isə – Donald Tramp – özü və planları haqqında heç nə açıqlamır, amma buna baxmayaraq qızıl dağlar vəd edir”, – qəzet yazır.

Bir müddət öncə keçirilən sorğu göstərdi ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton respublikaçı rəqibi Donald Trampı illk debatlar ərəfəsində 6% qabaqlayır. İlk debat 26 sentyabr gecəsi baş tutacaq.

ABŞ-da prezident seçkiləri noyabrın səkkizi baş tutacaq.

bastainfo.com


Вернуться назад