Главная > Mövqe > Obama qalmaqallı qanun layihəsinə veto qoydu - ''Bu ABŞ-ın maraqlarına ziddir''

Obama qalmaqallı qanun layihəsinə veto qoydu - ''Bu ABŞ-ın maraqlarına ziddir''


24-09-2016, 20:46.
ABŞ prezidenti Barak Obama 11 sentyabr hadisələri ilə bağlı Səudiyyə Ərəbistanının məsuliyyətə cəlb edilməsini təmin edəcək qanun layihəsinə veto qoyub. 

Avropa.info xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamada Barak Obamanın ABŞ Konqresində keçən həftə qəbul edilən "Terrorizmin Sponsorlarına Qarşı Ədalət Aktı" başlıqlı qanun layihəsinə veto qoyduğu bildirilir. 

Veto məktubunda Obama, 11 sentyabr qurbanlarının ailələrinin ağrısını tamamilə hiss etdiyini vurğulayaraq, qanunun çıxmasını maraqla gözləyən Amerikalı ailələrə "Sizi anlayıram" mesajı verib.

ABŞ-ın 11 Sentyabrdan sonra dünyanın bir çox yerində terrora qarşı mübarizə apardığını vurğulayan Obama xarici dövlətin Amerika məhkəmələrində toxunulmazlığını ləğv edəcək bu cür bir qanunun Amerikanın maraqlarına zərbə  vuracağını bildirib. 

Obama, qanunun təsdiqlənəcəyi təqdirdə digər suveren dövlətlərin də ABŞ-a qarşı eyni şəkildə davranacağını və bunun ABŞ-ın beynəlxalq əlaqələrinə ciddi zərərlər verəcəyini qeyd edib.

Вернуться назад