Главная > Kriminal > Salyanda bankomatdan külli miqdarda pul oğurlanıb

Salyanda bankomatdan külli miqdarda pul oğurlanıb


24-09-2016, 10:06.

Salyan rayonunun Sarvan kəndində bankomata olunmuş basqın nəticəsində 150 min manatdan artıq pulun oğurlandığı məlum olub.

Ötən gecə "Azərpoçt” MMC-nin Salyan rayonunun Sarvan kəndindəki filalının binasında yerləşən bankomata basqın olub.

Vətəndaşların pensiya və müavinətləri verildiyindən, bankomatda xeyli məbləğdə pul olduğunu bilən şəxs və ya şəxslər binanın  pəncərəsinin dəmir barmaqlığını qıraraq bankomatın yerləşdiyi otağa daxil olub bankomatda olan pulları aparmaq üçün onu qaynaq aparatı ilə kəsiblər. (virtualaz.org)


Вернуться назад