Главная > Media > Qənimət Zahid telekanal açdı

Qənimət Zahid telekanal açdı


24-09-2016, 08:21.

"Azərbaycan saatı” TV proqramının yaradıcısı və aparıcısı Qənimət Zahid yeni TV kanal açır. 

"Turan TV” adlanacaq yeni kanal oktyabrın 8-dən sutkada 24 saat yayımda olacaq. Bu haqda Qənimət Zahid özü məlumat yayıb. O, "Azərbaycan saatı” proqramının da yeni kanal vasitəsilə yayımlanacağını bildirib, – Azadlıq qəzeti məlumat verir.

Qeyd edək ki, "Azərbaycan Saatı” proqramı 2013-cü ildə prezident seçkiləri ərəfəsində, bu il isə referendum kampaniyası başladığı dövrdə bağlanmışdı.


Вернуться назад