Главная > Dünya > Hələb əyalətinin bombalanması nəticəsində 86 nəfər ölüb, 200 nəfər yaralanıb

Hələb əyalətinin bombalanması nəticəsində 86 nəfər ölüb, 200 nəfər yaralanıb


24-09-2016, 13:18.
Suriyanın şimalında yerləşən Hələb əyalətinin bombalanması nəticəsində 86 dinc sakin ölüb, 200-ü isə yaralanıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, şəhərdə mülki müdafiə işləri ilə məşğul olan dəstənin məsullarından biri Necip Ensai Rusiya və Bəşşar Əsədə aid döyüş təyyarələrinin Suriyanın şimalında bəzi yaşayış yerlərinə davamlı olaraq hava zərbələri endirdiyini bildirib.

Onun sözlərinə görə, əyalətin terrorçu İŞİD qruplaşmasının nəzarəti altında olan Bab rayonunda 12, müxalifətin nəzarəti altında olan Beştakında 19, Ensaridə 8, Kellesedə 14, Katırcıda 7, Bab əl-Neyrabda 6, Salihiyində 5, Maadidə 3, Tarik el-Babda 2, Sahurda 2, Merce, Karım, Hamud, Seyh Hadırda 1, Kafr Hamrada 5 nəfər öldürülüb.

Suriyanın SANA agentliyi isə bildirib ki, Bəşşar Əsədə bağlı silahlılar Hələbin şərq hissəsində quru əməliyyatı keçirməyə hazırlaşırlar.
Məlumata görə, Bəşşar Əsədin əməliyyatlarını Rusiya da dəstəkləyir. 


Вернуться назад