Главная > Problem > İcra başçısı cəbhəçi gəncin atasını mitinqə görə döyüb

İcra başçısı cəbhəçi gəncin atasını mitinqə görə döyüb


22-09-2016, 14:34.
AXCP Gənclər Komitəsinin İdarə Heyətinin üzvü Ruslan Nəsirlinin atası Saatlı rayon icra başçısı Siraqəddin Cabbarov və polis rəisi Cəbrayıl Vəliyev tərəfindən döyülüb. Səbəb onun müxalifətin mitinqlərinə qatılmasıdır. Bu barədə Ruslan Nəsirli öz "facebook” səhifəsində məlumat yayıb.

"Bütün mətbuatın diqqətinə.
11 və 17 sentyabr mitinqində Nəsirlilər ailəsi olaraq iştirak etmişik.
İlham Əliyevin öz harınlamış icra başçıları isə hər rayonda mitinqdə iştirak edənlərə alçaqcasına təyziq edir.
Artıq iki gündür ki, icra numayəndələri atamın iş yerinə gedərək mitinqdə niyə iştirak etdiyini soruşurlar
Atam bunun onlara heç bir aidiyyatı olmadığını bildirərək, iş yerindən uzaqlaşdırıb.
Bu gun isə atamı polis gücünə icra hakiminin kabinetinə aparıblar. İcra başçısı öz ağalarının sifarişindən ilhamlanaraq atamı küçə soyüşləri ilə təhqir edib. Cavabını aldıqdan sonra isə polis rəisi, şəhər soveti və icra başçısı atamı təkləyərək döyüblər.
Bütün hüquq müdafiə təşkilatları və müstəqil media qrumlarının bu məsələni maksimum işıqlandırmasını xahiş edirəm"
Вернуться назад