Главная > Region > Başçı Şəkidə “Suriya məktəbi” açıb-FOTOLAR

Başçı Şəkidə “Suriya məktəbi” açıb-FOTOLAR


21-09-2016, 17:45.
Şəkinin Qumux kənd orta məktəbi fəlakət içindədir

 Təhsil ocağı sanki Suriya müharibəsindən çıxıb. 

Fotolardan da görmək olar ki kənd məktəbində tədris üçün şərait yoxdur. Məktubda deyilir: "Çox pis və acınacaqlı vəziyyətdə olan məktəbə biganə qalmayaq. Vaxt var idi bu məktəbdə 250 şagird təhsil alırdı, indi bu rəqəm 107-yə düşüb. 

Qorxuram bir gün bu şagirdlərin başına daş düşə. Allah burada təhsil alan şəgirdlərin valideynlərinə səbr versin. Kənd sakinlərinin bəzisi qorxularından uşaqlarını qonşu Moğal kəndində olan məktəbə göndərirlər”.

Məktubda deyilir: "Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin sürücüsü, bağbanı, dostlarının adına milyonlar yazılıb mənimsənildiyi halda müalicə olunmağa xəstəxanamız, oxumağa məktəbimiz yoxdur”. 

Kənd sakinləri ölkənin birinci xanımı Mehriban Əliyevaya, təhsil naziri Mikayıl Cabbarova, maliyyə naziri Samir Şərifova, o cümlədən Şəkinin icra hakimi Elxan Usubova müraciət edib. Onlar məktəbin ya təmir olunmasını ya da yeni bina inşa edilməsini xahiş edirlər: 

"Bu şəraitdə oxumaq təhlükəlidir. Nazir məktəblərin inkişafında danışır. Ancaq bu inkişaf kəndimizdə fontan vurur. Tək ümidimiz Mehriban xanımadır. Çünki rayon rəhbərliyi də bizimlə maraqlanmır”. (politika)
 
 Başçı Şəkidə Başçı Şəkidə Başçı Şəkidə
Uluyol.info

Вернуться назад