Главная > İdman > Eren Derdiyok: "Qollarım davam edəcək"

Eren Derdiyok: "Qollarım davam edəcək"


20-09-2016, 23:07.
"Cimbom"da 4 həftədə 4 qol atan Eren Derdiyok "İllərlə "Qalatasaray"da oynamağı gözlədim. 

Bu, mənim üçün bir başlanğıcdır. Buraya bir az gec gəldim, amma qollarım davam edəcək" deyib.
 
Musavat.com xəbər verir ki, hər matçda qol ataraq komandasını irəli daşımağa başlayan E.Derdiyok, son "Rizespor" matçında atdığı 2 qol haqqında bunları deyib: "Hər iki qoluma sonradan baxdım. 6-cı dəqiqədə vurduğum qolu görəndə özüm də həyəcanlandım. Belə qolları sıralamaqda davam edəcəyəm".

Вернуться назад