Главная > İdman > Həmid Altıntopun ayağı başına bəla oldu

Həmid Altıntopun ayağı başına bəla oldu


20-09-2016, 21:25.
Son "Rizespor" matçında oyuna alınmadığı üçün aqressiv görüntülər nümayiş etdirən Həmid Altıntop gözdən çıxarılıb.
 
Musavat.com xəbər verir ki, "Qalatasaray"da yaşadığı zədəli günlər, hətta aylar səbəbindən formadan uzaq qalan Həmid Altıntop ilə bağlı rəhbərlik qərarını verib. 

Sarı-qırmızılı idarəedicilər Həmidin mövsüm arasında komandadan göndərilməsini istəyir. "Rizə" matçı sonrası su şüşələrini təpikləyən təcrübəli futbolçunu "Antalyaspor"un transfer etmək istədiyi deyilir.

Вернуться назад