Главная > Aktual > Sarkisyan 7 yeni nazir təyin etdi

Sarkisyan 7 yeni nazir təyin etdi


20-09-2016, 15:26.
Ermənistan prezidenti Serj Sarkisyan yeni hökumətdə ilk təyinatlar edib.

Azvision.az bildirir ki, Sarkisyanın sərəncamı ilə Vaçe Qabrelyan baş nazirin müavini, beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri, David Arutunyan isə hökumət Aparatı rəhbəri postlarında qalıblar.

Ermənistanda yeni maliyyə naziri Vardan Armanyan, nəqliyyat və rabitə naziri Vaan Martirosyan, kənd təsərrüfatı naziri İqnatiy Arakelyan, energetika və təbii sərvətlər naziri isə Aşot Manukyan təyin olunub.

Sarkisyan, həmçinin Aleksan Arutunyanı Prezident Administrasiyasının rəhbərinin müavini təyin edib.


Вернуться назад