Главная > Baş Xəbər > Fətullah Gülən Türkiyədə ikinci çevriliş hazırlayır -İDDİA

Fətullah Gülən Türkiyədə ikinci çevriliş hazırlayır -İDDİA


20-09-2016, 16:14.
Fətullah Gülən təcili olaraq həbs edilməlidir 

Çünki o, Türkiyədə ikinci dövlət çevrilişinə hazırlaşır.Ankara Baş prokurorluğu və Ədalət nazirliyinin F. Gülənin həbs edilməsi ilə əlaqədar olaraq ABŞ-a ünvanladığı 15 səhifəlik tələbdə şok detallar ortaya çıxıb.

Bu təkliflərdə F.Gülənin təkcə 15 iyulda deyil, eyni zamanda ikinci çevriliş cəhdinə hazırlaşması ilə bağlı məlumatlar yer alıb. Ədalət nazirliyi Fətullah Gülənin Türkiyədə ikinci çevriliş cəhdinə hazırlaması ilə bağlı konkret faktlara və informasiyalara malik olduğu bildirilir və bu səbəbdən də onun Türkiyəyə təhvil verilməsi tələb olunur.

Qəzet onu da yazır ki, F. Gülən ABŞ-dan çıxaraq Brüsselə gəlmək niyyətindədir. Artıq bununla bağlı olaraq F. Gülənin nümayəndəsi Əhmət Səid Yayla bu məqsədlə Belçikada olub. Bununla belə qəzet yazır ki, F. Gülən Brazilyaya və Argentinaya getmək istəyir və buradan istədiyi ölkəyə qaçmağı planlayır. (gununsesi.info)
 
 
Uluyol.info

Вернуться назад