Главная > Region > Bəxtiyar Hacıyevi ölkədən buraxmadılar - skandal

Bəxtiyar Hacıyevi ölkədən buraxmadılar - skandal


19-09-2016, 10:09.
anınmış bloqqer, ictimai-siyasi fəal Bəxtiyar Hacıyev bu gecə ölkə xaricinə getmək istəyərkən aeroportda saxlanılıb və ona, ölkədən çıxmasının yasaq olduğu bildirilib.

Musavat.com xəbər verir ki, bu barədə Bəxtiyar Hacıyev sosial şəbəkədəki səhifəsində yazıb. B.Hacıyev hava limanında olarkən, ictimaiyyətə olayı bu cümlələrlə xəbər verb: 

"Ölkədən çıxışıma qadağa olduğunu deyib, buraxmırlar məni hava limanından. ATƏT-in HDIM illik toplantısında iştirak üçün Varşavaya gedirdim. Qadağanın kim tərəfindən və hansı əsasla qoyulduğu deyilmir. Gözləyirəm hələ görək, axırı nə olur?"

Daha sonra B.Hacıyev məsələnin mabədi haqda məlumat verərək yazıb ki, onu ölkədən qəti şəkildə buraxmayıblar və bu barədə heç bir izahat da verməyiblər. Gənc fəal geriyə, evinə qayıtmaq məcburiyyətində qalıb. Üstəlik, onu həm də izləyiblər: "Nəyə nail olmaq istəyirlər, nə etmək istəyirlər? Səhər açılsın görək..."

Əlavə məlumat olan kimi, payıaşacağıq. 


Bu foto hava limanında, yuxarıdakı xəbərdə təsvir edilən hadisə baş verən anlarda çəkilən selfidir.


Вернуться назад