Главная > Mənəviyyat > Kikboksçumuz “Glory World Series” turnirinin qalibi oldu

Kikboksçumuz “Glory World Series” turnirinin qalibi oldu


5-12-2015, 17:21.

 

Azərbaycanı və "Qəbələ” idman klubunu beynəlxalq arenada uğurla təmsil edən kikboksçumuz Pərviz Abdullayev ölkə tarixində ilk dəfə olaraq bu idman növü üzrə ən mötəbər yarış hesab olunan "Glory World Series”də rinqə çıxıb və qələbə qazanıb.


Uluyol.info AzərTAc-a istinadən xəbər verir ki, Hollandiyanın paytaxtı Amsterdamda keçirilən döyüşdə Pərviz Abdullayev mərakeşli Aziz Kallahla üz-üzə gəlib. Üç raund davam edən qarşılaşmanın sonunda hakimlər yekdilliklə döyüşü üstün keçirən Pərviz Abdullayevin xeyrinə qərar veriblər.

Beşqat dünya çempionu olan Pərviz Abdullayev 45 peşəkar döyüş keçirib və 41 dəfə qalib gəlib.

 
 
ULUYOL.İNFO

Вернуться назад