Главная > GÜNDƏM > Rusiya səfirliyindən Ukraynaya nota

Rusiya səfirliyindən Ukraynaya nota


18-09-2016, 07:50.
Rusiyanın Ukraynadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərərək gecə saatlarında baş verən hücuma görə etirazını bildirib.
 
Axar.az xəbər verir ki, hadisə ilə bağlı araşdırma aparılması və səfirlik binasının təhlükəsizliyinin gücləndirilməsi tələb edilib.
 
Hücumu zorbalıq adlandıran Ukrayna Baş naziri Vladimir Qroysman "Bu cür kiçik olayı şərh etməyə belə dəyməz” deyə bildirib.
 
Qeyd edək ki, ötən gecə 20 nəfərlik qrup müxtəlif pirotexniki vasitələrlə Kiyevdə Rusiya səfirliyinin binasına hücum təşkil etmişdi. Hadisə zamanı ölən, yaxud yaralanan olmamışdı.

Вернуться назад