Главная > Araşdırma > 1 fincan qəhvə içəndə bədəndə nələr olur?
1 fincan qəhvə içəndə bədəndə nələr olur?16-09-2016, 18:40. |
Səhər içilən qəhvə stress və dərdləri yox edir. Əgər qədərində içilərsə, bu, gerçəkdən möcüzələr yarada bilər. Diqqəti artırar, əhvalı da düzəldər. Qəhvə içdikdən sonra gecə gec saatlara qədər işləyə bilərsiniz. Bu prosesdə sizə kofein yardımçı ola bilər. Çünki qəhvə tərkibində olan kofein sayəsində stimullaşdırıcı təsirə malikdir. Bu səbəbdən də qəhvə tələbələr və işgüzar insanların ən sevimli içkisidir. Bəs 1 fincan qəhvə içəndə bədəninizə nə olduğunu bilirsinizmi?
Uluyol.info publika.az-a istinadən qəhvənin zamanla orqanizmdə yaratdığı təsirlərini təqdim edir:
İlk 10 dəqiqə Kofein qan dövrana girir ürək döyüntüləri və qan təzyiqini artmağa başlayır.
20 dəqiqə Yuxudan ayılırsınız və özünüzü daha gümrah hiss etməyə başlayırsınız. Vacib qərarlar vermək və problemləri həll etmək bizim üçün asanlaşır. Kofein beynimizdəki adenozin hormonlarını xəbərdar edir və nəticədə özümüzü daha az yorğun hiss edirik.
30 dəqiqə Orqanizminiz daha çox adrenalin ifraz etməyə başlayır. Göz bəbəkləri tam açıldığı üçün daha aydın görməyə başlayırıq.
40 dəqiqə Serotonin səviyyəsi yüksəlir motoneyronları daha yaxşı işləyir və əzələlərin gücü artır.
4 saat Qəhvə hüceyrələrin enerji istehsalını artırır. Beləliklə, bədən hərəkət etmədən yağ yandırmağa başlayır. Kofein eyni zamanda mədə turşusunun istehsalını sürətləndirir və artırır.
6 saat Qəhvədəki kofein sidikqovucu təsir yaradır. Orqanizminizdə su ilə yanaşı lazımlı vitamin və mineralları bədəndən xaric edir. Bu da kalsium çatışmazlığı kimi problemlərə səbəb ola bilər.
Вернуться назад |