Главная > Ümumi > Ardadan Fatih Terimin qərarına - Reaksiya

Ardadan Fatih Terimin qərarına - Reaksiya


16-09-2016, 23:26.

"Barselona"nın türkiyəli üzvü Arda Turan milliyə çağırılmamasına münasibət bildirib.

 

Axar.az xəbər verir ki, Arda Turan Fatih Terimin onu milliyə çağırmamasına görə narazı olmadığını qeyd edib.

 

"Biz heç bir zaman fərdlərə xidmət etməmişik. Vəzifəmizi aslanlar kimi yerinə yetirmişik. Mənim vicdanım rahatdır. Xorvatiya ilə matçda ayaqlarım işləmədi, oyuna adaptasiya ola bilmədim. İspaniya oyununda özümü yaxşı hiss edirdim, ancaq rəqib çox çətin idi. İspan azarkeşlərə də çox təşəkkür edirəm ki, mənə dəstək oldular. Bu ölkədə 8-9 dəfə kubok qazanmışam. Mərasimdə Türkiyə bayrağı da var. 15 oyun yenilməyən komandanın kapitanı da mənəm, 1 xalımız olarkən də Arda idim. 15 oyunda birgə qələbə qazanmadıqmı? Hollandiyanı mübarizədən kənarlaşdırdıq. Arda da gəlib keçər, Burak da. Məqsəd ölkəyə xidmət etməkdir", - A.Turan qeyd edib.

 

Arda Turan Fatih Terimin qərarlarına hörmətlə yanaşdığını vurğulayıb.


Вернуться назад