Главная > Mədəniyyət > Türkiyənin məşhur aktyoru vəfat etdi -FOTO

Türkiyənin məşhur aktyoru vəfat etdi -FOTO


16-09-2016, 11:09.
Türkiyənin məşhur aktyoru, "Yakışıklı" kimi də tanınan Tarık Akan vəfat edib.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun sentyabrın 16-da vəfat etməsi haqda məlumatı Nazim Hikmət adına Mədəniyyət və İncəsənət Fondu da təsdiqləyib.
Qeyd edək ki, Tarık Akanı Azərbaycan da sənətsevərlər də yaxşı tanıyır.

O, 1949-cu il dekabrın 13-də İstanbulda dünyaya gəlib. Ailədə üç övladdan ən kiçiyi olub. Atası Yaşar Akan hərbçi kimi ölkənin bir çox bölgələrində xidmət edib.

Tarık Akan ilk dəfəf 1971-ci ildə "Solan bir yarpaq kimi" filminə çəkilib.

O, ümumilikdə 111 bədii filmə və 4 seriala çəkilib. Tarık Akan 1973-2002-ci illərdə 12 müxtəlif mükafata layiq görülüb.

 



Вернуться назад