Главная > Ölkə > MSK müsavatçı müşahidəçilərin ərizələrini götürməkdən imtina etdi

MSK müsavatçı müşahidəçilərin ərizələrini götürməkdən imtina etdi


15-09-2016, 22:29.

Mərkəzi Seçki Komissiyası (MSK) müsavatçı müşahidəçilərin ərizələrini götürməkdən imtina edib. Bu haqda Müsavatın Mərkəzi Seçki Qərargahının sədri Gülaga Aslanlı sosial mediada açıqlama yayıb.

"MSK-nın nöbəti rəzaləti. Referendumun gizli keçirilməsi barədə Prezident Aparatının tapşırıqları sözsüz yerinə yetirən MSK yetkililəri bu gün absurd bəhanələrlə "Respublika” təşəbbüs qrupunun respublika üzrə müşahidəçi olmaq üçün təqdim etdiyi ərizələri qəbul etməyib. MSK yetkililəri mənim haqlı iradlarıma cavab verə bilmədikləri üçün tefonlarını bağlamaq yolunu tutdular. Beləliklə referendum həm də müşahidəçi olmadan keçiriləcək. Özləri çalıb, özləri oynayacaqlar”, – Gülağa Aslanlı bildirib.

Uluyol.info


Вернуться назад