Главная > Təhsil > “Rus dilində təhsil ləğv olunsun” deyən alimdən yeni təklif — “Rum rəqəmlərindən də imtina edilsin”

“Rus dilində təhsil ləğv olunsun” deyən alimdən yeni təklif — “Rum rəqəmlərindən də imtina edilsin”


15-09-2016, 12:43.

"Rum rəqəmləri qarışıqlığa səbəb olur”

Bu təklif ilə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Cahid İsmayıloğlu çıxış edib:

"Təklif edirəm ki, yazımızda Rum (Roma) rəqəmlərinin (I, V, XX, C, CL) istifadəsindən imtina edək. Rəqəmləri ya sözlə, ya da ərəb rəqəmlərinin şəkilçi ilə əlaqələnməsi (1-ci,5-ci,10-cu,21-ci) şəklində yazaq”.

C.İsmayıloğlu təklifini belə əsaslandırıb:

"Rum (Roma) rəqəmləri göz yaddaşında yaxşı qalmır, yazıda səliqəni pozur, kompüterdə və çapda uyğunsuzluq yaradır. Rum rəqəmləri həmçinin internet axtarış sistemlərində qarışıqlığa səbəb olur”, - deyə gənc alim vurğulayıb.

Xatırladaq ki, Cahid İsmayıloğlu bir müddət öncə Azərbaycanda rus dilində təhsilin ləğv edilməsi təklifi ilə çıxış etmiş, onun bu fikri ciddi mübahisələrə səbəb olmuşdu.//Ölkə


Вернуться назад