Главная > Türk Dünyası > Andranikə qan udduran qəhrəmanımızın məzarı baxımsız vəziyyətdə - Foto

Andranikə qan udduran qəhrəmanımızın məzarı baxımsız vəziyyətdə - Foto


14-09-2016, 11:14.

1918-ci ildə erməni-daşnak generalı Andranik Ozanyanın qoşunları məhv edərək Qarabağın müdafiəsində müstəsna xidmətlər göstərən Xalq qəhrəmanı Sultan bəy Sultanovun məzarı baxımsız vəziyyətdədir.


Avropa.info xəbər verir ki, bu barədə məlumatı Qarabağ Media feysbuk səhifəsində yayılıb.


"Xatırladaq ki, Xosrov və Sultan bəy qardaşlarının Azərbaycanda olan fəaliyyətləriylə bağlı xeyli kitablar və məqalələr yazılıb. Sultan bəy Türk dünyasının düşməni Andranikin bütün ordusunu Zəngəzur bölgəsində məhv etməklə, daşnakların strateji planlarını iflasa uğradıb. Məhz onun uzaqgörənliyi nəticəsində 10 may 1917-ci il tarixində Qaragöl döyüşündə düşmənin əsas qüvvəsini sıradan çıxartmışdı. Onların qəhrəmanlıq səlnaməsi bu gün və gələcək nəsillər üçün örnəkdir.

Ancaq nə yazıq ki, onların mühacirət həyatı haqqında ciddi bir araşdırma aparılmır.

Həmyerlilərimiz tanınmış ictimai fəallar İbrahim Mirzəyev və Aqil Səfərəliyev Sultan bəyin Qars vilayətinin Koşköy kəndində olan məzarını ziyarət etmələri məsələni bir daha gündəmə gətirib”.



Вернуться назад