Главная > Media > Baş redaktorun şikayəti təmin edilmədi

Baş redaktorun şikayəti təmin edilmədi


14-09-2016, 17:09.

Fikrət Fərəməzoğlu həbsdə qaldı

Jurnalist Fikrət Fərəməzoğlu ev dustaqlığına buraxılmadı. Bu barədə "Azadlıq”a vəkil Elçin Sadıqov məlumat verib. "Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə Fikrət Fəraməzoğlunun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan əvəz edilməsindən imtina olunması haqqında Nərimanov rayon Məhkəməsinin sentyabrın 7-də qərarından verdiyim apellyasiya şikayətinə baxıldı. Apellyasiya şikayəti təmin olunmadı və Nərimanov rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanıldı. Bu qanunsuz qərardan Avropa Məhkəməsinə şikayət edəcəyik”, – deyə vəkil bildirib.


Вернуться назад