Главная > Siyasət > Milli Şura Müsavatın mitinqinə dəstək verdi

Milli Şura Müsavatın mitinqinə dəstək verdi


14-09-2016, 21:55.

Milli Şura 17 sentyabr mitinqinə hazırlığı müzakirə etdi

Milli Şuranın Koordinasiya Mərkəzi sentyabrın 14-də növbəti iclasını keçirib. İclasda MŞ-nın Konstitusiyaya dəyişikliklərlə bağlı referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı "Monarxiyaya yox, talana son!” şüarı ilə başladığı etiraz aksiyaları barədə fikir mübadiləsi aparılıb. KM üzvləri bu xüsusda sentyabrın 11-də keçirilən mitinqin nəticələrini dəyərləndirib, 17 sentyabra təyin olunan mitinqə hazırlığı müzakirə edib. İclasda həmçinin, Müsavat Partiyasının da referenduma qarşı sentyabrın 18-nə mitinq təyin etdiyinə diqqət yetirilib. KM ölkədə avtokratik rejimin möhkəmlənməsinə qarşı istənilən qanunauyğun təşəbbüsləri dəstəklədiyini, referendumla əlaqədar sentyabrın 18-nə təyin olunan mitinqin də hədəflərini, şüar və tələblərini düzgün hesab etdiyini, bu mitinqdə öz tərəfdaşlarının iştirakını məqsədəuyğun saydığını bəyan edib.


Вернуться назад