Главная > Ölkə > Mitinqdən foto paylaşan jurnalist işdən çıxarıldı
Mitinqdən foto paylaşan jurnalist işdən çıxarıldı14-09-2016, 22:21. |
APA-Holdinqin əməkdaşı Fərahim İlqaroğlu işdən çıxarılıb.
Jurnalistin işdən çıxarılmasına münasibəti belə olub: "APA Holding”lə yollarımız ayrıldı. İşdən çıxarılmama səbəb kimi mənim jurnalist Eynulla Fətullayevin paylaşdığı postda mitinqdən olan bir fotonu şərh kimi yerləşdirməyim və eyni zamanda "Azadlıq” qəzetində çalışan həmkarlarımı müdafiə etməyim göstərildi. Müqaviləmə xitam verən şirkət gecə-gündüz, bayram-bazar demədən işləməyimi, eyni zamanda himayəmdə azyaşlı körpə, işləməyən yoldaşım, atam və anam, banka olan böyük məbləğdə kreditlərimi nəzərə almadı”.
(azadliq.info) Вернуться назад |