Главная > Problem > Türkiyə ərazisi raket zərbələrinə məruz qalıb

Türkiyə ərazisi raket zərbələrinə məruz qalıb


13-09-2016, 12:29.
Türkiyənin Hatay vilayəti Suriya ərazisindən raket hücumuna məruz qalıb. Trend bu barədə Türkiyənin "Haberturk" qəzetinə istinadən məlumat verir.

Qəzetin verdiyi məlumata görə, zərbələrdən sonra vilayət ərazisində güclü partlayış olub. Raket zərbəsi nəticəsində ölən və xəsarət alanlar barədə hələ məlumat verilmir.

Bunun ardınca Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya ərazisində yerləşən İŞİD terror təşkilatının mövqelərinə cavab zərbələri endirilib.

Вернуться назад