Главная > Aktual > Bağdadinin məsləhətçisi öldürüldü

Bağdadinin məsləhətçisi öldürüldü


12-09-2016, 23:55.
İŞİD-ə qarşı beynəlxalq koalisiyanın İraqın şimalında həyata keçirdiyi hava əməliyyatları nəticəsində 40-a qədər İŞİD silahlısı zərərsziləşdirilib.
 
Trend xəbər verir ki, öldürülən İŞİD üzvləri arasında terror təşkilatının lideri Əbu Bəkr Bağdadinin məsləhətçisi Əbu İbrahim əl-Hədidi də var.
 
Onun da olduğu avtomobil karvanına Mosul yaxınlığında havadan hücum təşkil edilib. Eyni zamanda xəbər verilir ki, Mosul ətrafındakı bombardmanda İŞİD-in daha bir yüksək rütbəli şəxsi Visam İsmayıl əs-Subari də öldürülüb. Subari terrorçu-kamikadzelərin hazırlanması üçün cavabdehlik daşıyırmış.

Вернуться назад