Главная > İdman > Almaniya Lövü baş məşqçi postunda saxlayır - yeni müqavilə

Almaniya Lövü baş məşqçi postunda saxlayır - yeni müqavilə


12-09-2016, 20:10.
Almaniya Futbol İttifaqı (AFİ) millinin baş məşqçisi Yoahim Lövlə müqavilənin müddətini artırmaq niyyətindədir.

Qol.az-ın "L’Equipe” nəşrinə istinadən yaydığı xəbərə görə, bu barədə AFİ-nin prezidenti Reynhard Qrindel məlumat verib:

"Hələ Avropa çempionatından əvvəl də demişdim ki, biz Lövlə üzunmüddətli əməkdaşlığı davam etdirmək istəyirik. O, millidə qalmağı haqq edib. Lövlə DÇ-2018-in final mərhələsinə kimi danışıq aparıb bu məsələni həll etməyi düşünürəm”.

Xatırladaq ki, Almaniya Futbol İttifaqının Yoahim Lövlə müqaviləsi 2018-ci ildə başa çatır.

Əlavə edək ki, Y.Löv 2006-cı ildən əsas millinin baş məşqçisi vəzifəsində işləyir.

Вернуться назад