Главная > Video xəbər > Qəbələdə 2500 illik qala divarları aşkarlandı – Video

Qəbələdə 2500 illik qala divarları aşkarlandı – Video


13-09-2016, 00:05.

Qəbələdə azı 2500 il bundan əvvələ aid zəngin tapıntılar aşkarlanıb.

 

Axar.az xəbər verir ki, tədqiqat işlər rayonun Qala adlanan hissəsində aparılır.

 

Son tədqiqatların mühüm nəticələrindən biri də Qəbələnin Qala hissəsinin şimal tərəfində X əsrin sonu-XI əsrin əvvəllərində tikildiyi ehtimal olunan qala divarlarının qalıqlarının aşkara çıxarılmasıdır.

 

Kanal S-in məlumatına görə, professor Qafar Cəbiyevin rəhbərliyi ilə ekspedisiya hazırda araşdırmaları davam etdirir.

 

Xatırladaq ki, 70 hektardan çox ərazini əhatə edən qədim Qəbələ şəhərinin qalıqları 1926-cı ildən başlayaraq arxeoloqlar tərəfindən öyrənilir.  


Вернуться назад