Главная > Aktual > Tofiq Yaqublu: "Avropa Şurası strukturları gələcəkdə Azərbaycan məsələsində daha prinsipial olacaq"

Tofiq Yaqublu: "Avropa Şurası strukturları gələcəkdə Azərbaycan məsələsində daha prinsipial olacaq"


12-09-2016, 22:29.

Avropa Şurası strukturları gələcəkdə Azərbaycan məsələsində daha prinsipial olacaq. Bunu Müsavat başqanının müavini, hazırda Strasburqda səfərdə olan Tofiq Yaqublu bildirib.

"Bu gün Strasburqda MŞ-nın sədri Cəmil Həsənli, keçmiş səfir Arif Məmmədov, "Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, AXCP-nin mühacir üzvü Elnur Sadıqov və mən AŞ-nın İnsan Haqları üzrə Komissarı Nils Mujinekslə görüşdük. Görüşü çox səmərəli keçdi və düşünürəm ki, müsbət nəticələri olacaq.

Bu gün həmçinin Venesiya Komissiyasında çox mühüm görüşlər keçirdik. Günün sonunda isə AŞPA-nın rəhbərliyində görüşümüz oldu. Bütün görüşlərdə ölkə üçün ən aktual məsələlər müzakirə edildi. Görüşlərdə bizi əmin etdilər ki, Avropa Şurası strukturları gələcəkdə Azərbaycan məsələsində daha obyektiv və prinsipial olacaq”, – Tofiq Yaqublu qeyd edib.

(bastainfo)


Вернуться назад