Главная > Ümumi > Müsavat başqanı Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi

Müsavat başqanı Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi


12-09-2016, 00:42.

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Əziz həmvətənlər! Sevimli bacı və qardaşlarim! Sizi Müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik işlərinizdə uğurlar arzulayıram. Qurban bayramı dünya müsəlmanlarının müqəddəs bayramlarından biridir. Bu bayram xalqımız tərəfindən qeyd olunan ən əziz və müqəddəs bayramlardandır.

Azərbaycan xalqı İslam dininin təqib olunduğu sovet dövründə belə bu bayramı qeyd etməklə dinimizə ehtiramını bildirir, bu ənənəni qoruyub saxlayırdı. Qurban bayramı hər kəsi sülhə, həmrəyliyə, ədalətə səsləyir. Bu bayram günlərində dünyanın hər yerindən olan zəvvarlar müqəddəs Həcc ziyarətini yerinə yetirir. Öz istəklərinə çatır. İndiki ağır iqtisadi böhran şəraitində hər birinizə bol bayram süfrəsi, rahatlıq və əmin-amanlıq arzulayıram. İmkanlı şəxsləri yoxsullarla bölüşməyə çağırıram.

Müqəddəs bayram günlərində Allah yolunda kəsilən qurbanlarınız, şəxsiniz, xalqımız və dövlətimiz adına etdiyiniz dualar qəbul olunsun.

Əziz həmvətənlər! Sizi bir daha müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, Sizə ailə həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

Tanrı Sizi qorusun!”

 


Вернуться назад