Главная > Islam > Müsəlmanlar Ərəfat dağını ziyarət edir

Müsəlmanlar Ərəfat dağını ziyarət edir


11-09-2016, 18:53.
Səudiyyə Ərəbistanında ənənəvi Həcc ziyarətinə gedən 1.5 milyon zəvvar Ərəfat dağında Quran oxumaq və günboyu davam edən dualar etməklə ən əhəmiyyətli günü qeyd edir.
Günəşin doğmasından öncə zəvvarlar Məkkədən 15 kilometr uzaqlıqda yerləşən geniş düzənliyə toplaşıblar.
Müsəlmanların inamına görə, Məhəmməd Peyğəmbər sonuncu moizəsini bu yerdə edib.
Həcc, İslam dininin bütün müsəlmanların həyatları boyunca azı bir dəfə yerinə yetirməli olduğu beş sütunundan biridir.
Şənbə günü məlum olub ki, Səudiyyə Ərəbistanının ali ruhanisi Əbdül Əziz əl-Şeyx, səhhətindəki problemlərə görə son 35 ildə ilk dəfə olaraq ənənəvi Həcc ziyarətində vaizlik etməyəcək.
Günəş doğuşundan öncə zəvvarlar Məkkədən 15 kilometr uzaqlıqda yerləşən geniş düzənliyə toplaşıb.Image copyrightAP
Image captionGünəş doğuşundan öncə zəvvarlar Məkkədən 15 kilometr uzaqlıqda yerləşən geniş düzənliyə toplaşıb.
sudanlı müsəlmanImage copyrightAP
Image captionKişi zəvvarlar sosial fərqdən asılı olmayaraq paklığı və birliyi tərənnüm edən "ihram" adlandırılan ağ parçadan paltar geyiniblər
Sudanlı qadınlarImage copyrightAP
Image captionDünyanın hər yerindən müsəlmanlar 5 günlük Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına axışıb
İndoneziyalı ata və uşaqImage copyrightAP
Image captionBu uşaq və atası İndoneziyadandır
İnanılır ki, Məhəmməd Peyğəmbər sonuncu moizəsini burada edib. Zəvvarlar adlarını yazır.Image copyrightAP
Image captionZəvvarlar ağ divara adlarını yazır. İnanılır ki, Məhəmməd Peyğəmbər sonuncu moizəsini burada edib
Müsəlman kişi Quran oxuyurImage copyrightAFP
Image captionZəvvarlar dualar edərək oturur, dayanır və yüksəkliyə qalxmaq üçün xüsusi yolla hərəkət edir
Könüllülər +40 dərəcəyə qalxan istilərdən qorunmaq üçün zəvvarlara çətir paylayıbImage copyrightAP
Image captionKönüllülər +40 dərəcəyə qalxan istilərdən qorunmaq üçün zəvvarlara çətir paylayıb
Saudi workers change the Kiswah (the cloth that covers the Kaaba) in Mecca, Saudi Arabia (11 September 2016)Image copyrightAP
A pilgrim prays at Mount Arafat (Mount of Mercy), during the Hajj pilgrimage (11 September 2016)Image copyrightEPA
Müsəlmanlar Ərəfa dağına yollanırImage copyrightEPA
Image caption1.5 milyona yaxın zəvvar Məhəmməd Peyğəmbərin 1400 il öncə getdiyi yolla gedir
Mərhəmət DağıImage copyrightAP
Image captionBu sudanlı qadınlar Mərhəmət Dağı kimi tanınan qayada dua edir
Bir çox müsəlmanlar üçün Həcc ziyarəti mənəvi təcrübədirImage copyrightAFP
Image captionBir çox müsəlmanlar üçün Həcc ziyarəti mənəvi təcrübədir
İran bu ilki ziyarəti boykot edib. Əvəzinə İraqın müqəddəs Kərbəla şəhərinə ziyarət etməyi məsləhət görübImage copyrightEPA
Image captionİran bu ilki ziyarəti boykot edib. Əvəzinə İraqın müqəddəs Kərbəla şəhərinə ziyarət etməyi məsləhət görüb

 
 

Вернуться назад