Главная > Ölkə / Dünya > İran kəşfiyyatı İŞİD-in kimə neft satdığını bilir - İDDİA

İran kəşfiyyatı İŞİD-in kimə neft satdığını bilir - İDDİA


4-12-2015, 22:03.
İran kəşfiyyatı İŞİD-in kimə neft satdığını bilir - İDDİA
 
İran kəşfiyyatından neftin İŞİD terrorçularından Türkiyəyə qədər bütün mümkün marşrutlar üzrə nəqli ilə bağlı çəkilişlər edildiyi iddia olunub. 

Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə İran xüsusi xidmətinin nümayəndəsi Möhsen Rezai bildirib.

"Bu sübutlar jurnalistlərə təqdim edilə və televerilişlərdə istifadə oluna bilər. Tezliklə bu materiallar ictimaiyyətin malı olacaq”, – deyə o, qeyd edib. 

Onun sözlərinə görə, Tehran məlumatları Türkiyə tərəfə də təqdim eləməyə hazırdır. 

"Əgər Türkiyə hökuməti İŞİD-in ölkədə neft alveri ilə bağlı məlumatlara malik deyilsə, o zaman biz belə informasiyanı verə bilər” - əlavə edib Rezai.(musavat.com)


Вернуться назад