Главная > GÜNDƏM > Xarici güclər İstanbulda süni zəlzələ törədəcək...Melih Gökçekdən şok açıqlama

Xarici güclər İstanbulda süni zəlzələ törədəcək...Melih Gökçekdən şok açıqlama


10-09-2016, 19:57.
Ankara Böyük şəhər bələdiyyə başqanı Melih Gökçek xarici güclərin və FETÖ-nün İstanbulda süni zəlzələ törədəcəyini iddia edib.

Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə Gökçək bu iddiasını aşağıdakı sözlərlə ifadə edib: "İnanaraq və israrla söyləyirəm... İqtisadiyyatımızı çökdürmək üçün xarici güclər İstanbulda süni zəlzələ planlayırlar. Dünya bilsin..budur mənim söylədiklərmin sübutu: Şimali Koreya dənizdə nüvə sınaqları keçirdi, 5,3 ballıq zəlzələ meydana gəldi”...

Melih Gökçek tvitterdə atdığı mesajlarda Türkiyədə bir çox ölkənin seysmik araşdırmalar apardığına diqqət çəkib : Təcili tədbirlər görülərək Marmarada bütün xarici ölkələrin seysmik araşdırma aparması və sualtı qayıqların keçidi qadağan edilməlidir”...

Melih Gökçek ABŞ-ın FETÖ-yə Gölçükdə olduğu kimi zəlzələ törətmək barədə söz verdiyini bildirib.







Вернуться назад