Главная > Kriminal > Elvin Abdullazadə məhkəməyə müraciət etdi

Elvin Abdullazadə məhkəməyə müraciət etdi


10-09-2016, 14:47.

AXCP Gənclər Komitəsinin üzvü vicdan məhbusu Elvin Abdullazadənin vaxtından əvvəl azadlığa buraxılması barədə Qaradağ rayon məhkəməsinə müraciət olunub. Bu barədə Azadliq.info-ya onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

"Ali Məhkəmədə Elvin Abdullazadənin ittiham olunduğu maddə dəyişdirilərək cəzası azaldıldıqdan sonra yaxın günlərdə Qaradağ rayonu ərazisindəki 14 saylı cəzaşəkmə müəssisəsinə köçürülüb. Cəzasının qanunda tələb olunan hissəsini çəkdiyinə görə onun vaxtından əvvəl azadlığa buraxılması üçün hazırda çəza çəkdiyi müəssisənin yerləşdiyi ərazi üzrə Qaradağ rayon məhkəməsinə müraciət etmişik”,- deyə vəkil bildirib.


Вернуться назад