Главная > Cəmiyyət > Xəzərdə neftçiləri daşıyan qayıq aşıb, 1 nəfər boğulub

Xəzərdə neftçiləri daşıyan qayıq aşıb, 1 nəfər boğulub


10-09-2016, 15:49.
Xəzər dənizində bədbəxt hadisə baş verib.

SOCAR-ın "Azneft” İstehsalat Birliyinin (İB) Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus qayıq aşıb.

Nəticədə, qayıqda olan şəxslərdən biri dənizdə boğulub. Həmin şəxsin SOCAR-ın podratçı təşkilatı Abşeron Qazma İdarəsinin əməkdaşı olduğu bildirilir.

Hazırda onun axtarışları davam etdirilir. (APA)


Вернуться назад