Главная > Video xəbər > PKK-nın "alınmaz qalası" başına yıxıldı - VİDEO

PKK-nın "alınmaz qalası" başına yıxıldı - VİDEO


10-09-2016, 11:16.
PKK terror təşkilatının Türkiyə ilə İran sərhədindəki ən böyük bazası darmadağın edilib.

Ölkə.Az xəbər verir ki, Türkiyənin Van və Ağrı vilayətlərində ordu və polisin birgə həyata keçirdiyi əməliyyatlarda onlarla PKK terrorçusu məhv edilib.

İran sərhədi yaxınlığındakı Tendürek dağında aparılan əməliyyat nəticəsində isə PKK-nın bölgədəki ən böyük bazası yerlə bir edilib.

PKK liderlərinin "dövlət buraya girə bilməz" dediyi Tendürek dağındakı terror yuvası xüsusi təyinatlılar tərəfindən dağıdılıb.

Məlumata görə, 10 gündür davam edən Tendürek əməliyyatı zamanı PKK-ya tarixinin ən ağır zərbələrindən biri vurulub.



Вернуться назад