Главная > Ölkə / Problem > “Günəşli” yatağında dəhşətli yanğın

“Günəşli” yatağında dəhşətli yanğın


4-12-2015, 21:05.
47589 1
 
Bu gün  baş verən güclü tufan saat 17.40 radələrində "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub. 
 
SOCAR-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılıb.
 
Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9” və "Topaz” yanğınsöndürən gəmiləri, habelə "Avyor” dalğıc və "Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilir.
 
Hadisə ilə əlaqədar "Azneft” İstehsalat Birliyində qərargah yaradılıb. 
 
Özəl mənbənin "Basta"ya verdiyi məlumata görə, yanğın nəticəsində 4 nəfər həlak olub. Hazırda xilasedici gəmilərin özülə doğru üzdüyü bildirilir.(bastainfo.com)
 
ULUYOL.İNFO

Вернуться назад