Главная > Mədəniyyət > Ehtiram Fəna: "Sevdin, sevindirdin məni"

Ehtiram Fəna: "Sevdin, sevindirdin məni"


8-09-2016, 22:05.

Ehtiram Fəna

 

Köksün içrə bir ürəkdim sən döyündürdün məni,
Hər nə sirrin var bölüb mənlə öyündürdün məni.

Öylə bir eşqsiz ürəkdim donmuş idim buz kimi
Sən nəfəs aldıqca köksündən isindirdin məni.

Cəhlidən üryanidim ,sən eşqin ilə ey pəri
Rəhm edib təqva libasiyla geyindirdin məni.

Sənsiz ey gül ,görmədim qəmdən kədərdən qeyrisin
Son nəfəsdə sən gəlib sevdin sevindirdin məni.

Gah yerə basdim qədəm möhkəm,gah uçdum göylərə
Məhv olurdum lütv edib göylərdən endirdin məni.

Hökmün ilə endirib küfrün xəyalından məni,
Gər şərafət təxtinə eşqinlə mindirdin məni.

Mən xəyal etdim kəsərsən həqq salami,əksinə
Aşinaliq göstərib min dillə dindirdin məni.

Tez tapardim şahimin dərvazəsin,sənsə Fəna,
Batil ünvanlarda cəhlinən süründürdün məni.


Вернуться назад