Главная > Səhiyyə > “Molfix” uşaq bezi xora yayır - Şikayət

“Molfix” uşaq bezi xora yayır - Şikayət


8-09-2016, 19:15.
"Molfix” uşaq bezi körpələrə zərərlidir

Uluyol.info xəbər verir ki, "politika.az"-a şikayət edən vətəndaşlardan birinin sözlərinə görə,
 sözügedən bez keyfiyyətsizdir. 

Uşaqlarda səpkilər əmələ gətirən və narahatlıq yaradan "Molfix” almamağa çağırış olunub. Həmin valideyn bildirib ki, 7 aylıq körpəsinə aldığı 4 nömrə bez uşaqda səpkilər, yaralar əmələ gətirib. Buna görə aldığı bezlərdən imtina edərək zibil qutusuna tullamalı olub: 

"Neçə gündür ki uşağı prisipka ilə yaralarını, səpkilərini təmizləyirik. Bundan qabaq həmişə başqa firmaların bezini almışıq. İlk dəfə "Molfix” aldıq və uşağa zərər verdi. 
Çox keyfiyyətsiz məhsul imiş. Üstəlik də digərlərindən ən bahalısıdır. Qiymət baha, keyfiyyət çox aşağı. 
Uşaqlarınıza bu firmadan mal almamağa çağırıram. Şirkət də məsuliyyətli olsun. Hər kəs öz övladının sağlamlığını, bunlar isə varlanmağın yollarını düşünür”.
 
Uluyol.info

Вернуться назад