Главная > Ölkə > "İsma Bikes” Velosiped zavodu fəaliyyətini dayandırıb?

"İsma Bikes” Velosiped zavodu fəaliyyətini dayandırıb?


8-09-2016, 14:40.

Bir ay öncə İsmayllıda istifadəyə verilmiş "İsma Bikes” Velosiped zavodunun fəaliyyətinin dayandırılması haqda xəbər yayılıb.

Bu barədə məlumatı hüquq müdafiəçisi  Oktay Gülalıyev öz facebook səhifəsində yazıb:

14199702_938471996280023_3660217846571085852_n"Dostlar, xəbəriniz varmı bir ay öncə İsmayllıda istifadəyə verilmiş "İsma Bikes” Velosiped zavodu fəaliyyətini dayandırıb. Halbuki, həmin zavodun açılışında dövlət başçısı İlham Əliyev də iştirak etmiş, lent kəsmiş, velosiped sürmüş və bildirilmişdi ki, bu il 50 nəfərin, gələn il 100 nəfərin işləyəcəyi zavodda Bolqarıstanla birlikdə Azərbaycanda müasir standartlara uyğun velosiped, əlil arabaları və s. istehsal olunacaq. Velotreklər salınıb idman yarışları keçiriləcək. Zavodun inşası üçün 7 milyon manat vəsaitin xərcləndiyi bildirilir. Amma açılışından bir ay keçməmiş zavod fəaliyyətini dayandırıb. Səbəbi bəlli deyil. Yerli sakinlərdən bir nəfər hətta bildirdi ki, açılışında nümayiş olunan velosipedlər bu zavodda istehsal olunmayıb, kənardan gətirilib.”- Oktay Gülalıyev bildirib.

"Bu hökümətin "açdığı” yeni iş yerlərinin taleyi və aqibəti bundan artıq olmaz. YAP hakimiyyəti insanlara dolanmaq üçün iş yeri deyil, azadlığını əlində almaq üçün iş verir. Bu da bir nümunə…” – deyə Oktay Gülalıyev əlavə edib.

Bastainfo.com


Вернуться назад