Главная > Video xəbər > Matç zamanı meydana çıxan it futbolçunu qovub – VİDEO

Matç zamanı meydana çıxan it futbolçunu qovub – VİDEO


7-09-2016, 21:06.
Ölkə çempionatı çərçivəsində Braziliyanın "Brasil de Pelotas” və "Goiás” komandaları arasında keçirilən matç zamanı sahibsiz qara it qaçaraq meydana çıxıb. 

Oxu.Az xəbər verir ki, baş verən hadisənin videosu "SoccerDeviant”ın "YouTube” kanalında yerləşdirilib. 

Videonun şərhində itin 26 yaşlı oyunçu Juninyonu qovduğu yazılıb. O, itdən qaçarkən bir neçə dəfə az qalıb ki yıxılsın. 

"Sən qaçmalısan. Üstünə it cumanda risk edə bilməzsən”, - matçdan sonra Juninyo bildirib. 



 

 

Вернуться назад