Главная > Təhsil > Misirdə niqab qadağası...

Misirdə niqab qadağası...


7-09-2016, 16:42.
Misirdə məktəbəqədər və ibtidai təhsil müəssisələrində çarşablı müəllimələrin niqabda dərs deməsinə qadağa tətbiq olunacaq. Bunu Misirin ibtidai və orta təhsil naziri Hilal əş-Şərbini yeni dərs ilinə hazırlıqla bağlı mətbuat konfransında deyib.

Novator.az-ın məlumatına görə, nazir çarşablı müəllimələrə müraciət edərək bildirib: "Sinifdə niqaba ehtiyac yoxdur”.

Misirdə dərs ili sentyabrın 24-dən başlanır.

2016-cı ilin fevralında Qahirə Universitetinin rəhbəri bu təhsil müəssisəsinin tabeliyində olan bütün xəstəxana və tibb ocaqlarında tibb bacılarına, həkimlərə niqab qadağası qoyub. Qadağa xəstələrin hüquq və maraqlarının müdafiəsi məqsədi ilə əsaslandırılıb.

Hazırda Misir parlamenti dövlət müəssisələrində çalışanların niqabdan istifadəsinə qadağanı nəzərdə tutan qanun layihəsi hazırlayır.

Вернуться назад