Главная > Aktual > Natiq Cəfərlinin vəsatəti təmin edilmədi

Natiq Cəfərlinin vəsatəti təmin edilmədi


6-09-2016, 20:41.
Bu gün Nəsimi rayon Məhkəməsində "Real" hərakatının icra katibi olan Natiq Cəfərli barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətə baxılıb.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib.

O bildirib ki, müdafiə tərəfinin verdiyi vəsatət təmin edilməyib.

Qeyd edək ki, Natiq Cəfərli avqustun 12-də Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə aparılıb. Daha sonra Nəsimi rayon Məhkəməsində N. Cəfərli barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. (Virtualaz.org)

Вернуться назад