Главная > GÜNDƏM > Müsavat referendumla bağlı hesabat yaydı
Müsavat referendumla bağlı hesabat yaydı5-09-2016, 20:18. |
Müsavat Partiyası 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendumla bağlı aralıq hesabatı yayıb. "Basta”ya partiyadan daxil olan sənədi təqdim edirik: 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsilə (referendumla) bağlı A R A L I Q H E S A B A T Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahı 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) elan edilən gündən, – 31 avqust 2016-cı il tarixə – referendum üzrə təşəbbüs qruplarının qeydə alınmasının son gününə qədərki prosesdə baş verən pozuntular və dövlət qurumlarının törətdiyi qanun pozuntuları haqda topladığı məlumatları ictimaiyyətlə bölüşür.
Dövlət başçısı İlham Əliyev 18 iyul 2016-cı ildə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalamışdır. Referendum Aktına görə, Konstitusiyanın 23 maddəsinə (9, 24, 25, 29, 32, 36, 47, 49, 53, 56, 57, 58, 59, 60, 68, 71, 85, 89, 100, 101, 105, 121, 126) əlavə və düzəlişlərin edilməsi, habelə yeni 6 maddənin (98, 103, 106, 108, 110, 146) əlavə edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın adı "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” olsa da, rəsmi dərc olunan mətndən görünür ki, əslində ləyihədə Konstitusiyaya 6 yeni maddənin əlavə edilməsi nəzərdə tutulub.
Maddə 153. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin təklif edilməsi qaydası. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır. Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası mövcud Konstitusiyanın 156-cı maddəsində qeyd olunub: Maddə 156. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası.
III. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra bu Konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim olunur.
Partiya müraciətində aşağıdakı xüsusi olaraq qeyd edilir: "Bu dəyişikliklərin bir hissəsi Konstitusiyanın müvafiq maddələri ilə qadağan edilib. Konstitusiyanın 155-ci maddəsinə əsasən III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. Lakin 29, 32, 42 və 49-cu maddələrə edilən təkliflər insan hüquqları və azadlıqlarının məhdudlaşdırır. Konstitusiyada Prezidentin səlahiyyətləri onsuz da geniş idi, bunların daha da artırılması hakimiyyətin qolları arasında pozulmuş tarazlığı bir qədər də artıraraq sunerenliyin xalqdan alınaraq prezidentin əlində cəmləşdirilməsi, nəticə etibarilə də qanunverici hakimiyyəti icra hakimiyyətinin alt qoluna çevrilməsi deməkdir. "Hakimiyyətin üç qolu” prinsipinin bu dərəcədə prezidentin xeyrinə dəyişdirilməsi prezidentli respublika idarə üsuluna deyil, daha çox monarxik sistemə xasdır”. 26 iyul 2016-cı ildə Konstitusiya Məhkəməsi referendum layihəsinə rəy verib. Elə həmin gün dövlət başçısı referendum üzrə seçkilərin 2016-cı il sentyabrın 26-na təyin edilməsi haqqında sərəncam imzalayıb. Referendumun təyin edilmə sürətinə gec qoşulan MSK isə elan etdiyi seçki təqvimi üzrə icra edilməli olan prosedur sənədlərini rəsmi internet saytında yerləşdirməni bir neçə gün gecikmə ilə icra edib. Ölkənin əksər siyasi təşkilatları referendum məsələsində mövqeyini bəyan edib. Müsavat Partiyası və REAL hərəkatı referendum əlehinə kampaniya aparmaq üçün təşəbbüs qrupu yaratmağa qərar verib. AXCP "passiv boykot” qərarı verib. Ancaq referendum əleyhinə aksiyalar keçirəcəyini bəyan edib. D-18 hərəkatı Müsavat Partiyası ilə birgə "Respublika” təşəbbüs qrupunun yaradılmasında təsisçi kimi iştirak edib. NİDA hərəkatı "Respublika” təşəbbüs qrupunun imza toplama kampaniyasına aktiv dəstək verib və imza toplamada yaxından iştirak edib. Digər siyasi partiyalar və təşkilatlar da referendum layihəsinin qəbul edilməz olmasına dair bəyənatlar veriblər və xalqın bu layihəyə "yox” deməsinə çağırışlar ediblər. Müsavat Partiyasının təşəbbüsü ilə 41 rayonda ilkin təşəbbüs qrupları yaradılıb. 02 avqust 2016-cı ildə bu təşəbbüs qruplarında seçilmiş nümayəndələrdən 223 nümayəndənin iştirakı ilə yekun toplantıda "Respublika” təşəbbüs qrupu təsis edilib və 04 avqust 2016-cı ildə müvafiq sənədlər MSK təqdim edilib. İki gün sonra imza vərəqələri MSK-dan alınıb, 11 gün müddətində, "NİDA” Vətəndaş Hərəkatının və D-18 təşkilatının da iştirakı ilə 41 mindən çox imzanı toplayaraq, MSK-ya təqdim edib.
İmza toplayanlara, onların yaxınlarına təzyiq göstərilib. İmza vərəqələri oğurlanıb. – yerli icra hakimiyyəti strukturları doldurulmuş imza vərəqələrini ələ keçirmək üçün müxtəlif üsullara əl atmağa başlayıb. Bu məqsədlə yerli təşkilatlarımızın nümayəndələrinə təzyiq göstərilir, dilə tutma, hədə-qorxu gəlmə və digər üsullardan istifadə edilir. Polis və yol polisi tərəfindən imza vərəqələrinin olduğu ehtimal edilən avtomobillərdə axtarış aparılır. – Salyan rayonunda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları polislə birgə Müsavatın rayon təşkilatının sədri Nizami Abbaslıya qarşı təziq edərək, imza vərəqələrini ondan götürməyə cəhd ediblər, ona qarşı təzyiqlər bu gün də davam etməkdədir. – Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Sarvan Vəliyev imza toplayarkən sahə müvəkkilinin təzyiqinə məruz qalıb. – Cəlilabad, Gəncə, Tərtər, Abşeron və Siyəzən rayonlarında imza vərəqələri oğurlanıb. – Müsavat Partiyası Qazax rayon təşkilatının sədri İlqar Mustafayev imza topladığına görə yerli icra hakimiyyəti nümayəndələrinin və polisin basqısına məruz qalıb. – Cəlilabad rayonunda müsavatçılar imza vərəqələrini oğurlayıb qaçan şəxsi saxlayıb, onu polisə təhvil versələr də, polis heç bir tədbir görməyib. – Qobustan rayonunda "Respublika” təşəbbüs qrupuna imza toplayan Müsavat fəallarına təzyiq edilib, imza vərəqələri təxribatçılar tərəfindən cırılıb, bütövlükdə bu rayonda imza toplanmasına imkan verilməyib. – Masallı rayonunda Cəmilə Eynullayeva imza topladığına görə prokurorluğa çağırılıb. – Müsavat Partiyasının Məclis üzvü Rüfət Baxışbəyli imza topladığı üçün yerli hakimiyyət orqanları tərəfindən həbslə hədələnib. – Müsavat Partiyası Masallı rayon təşkilatının şura üzvü Tərlan Abbaszadə "Respublika” təşəbbüs qrupu üçün topladığı imzalara görə prokurorluğa çağrılıb və ona xəbərdarlıq edilib. Hakimiyyət dairələri referendumun mahiyyəti, keçirilməsinin hansı zərurətdən irəli gəldiyi barədə xalqa izahat verməyib. Referenduma çıxarılan məsələlər rəy bildirilməsi üçün Avropa Şurası Vevesiya Kopmissiyasına təqdim edilməyib. Hakimiyyət referenduma çıxarılan məsələlər barədə ictimai diskussiyalar təşkil etməyib, əksinə belə diskussiyaların qarşışı TV kanallarında debatların təşkil edilməməsi, referendum mövzusunun müzakirəyə çıxarılmaması ilə alınıb. Referendumla bağlı müxalifətin yaratdığı yeganə təşviqat qrupu olan "Respublika” qrupu MSK tərəfindən əsassız iddialarla qeydə alınmayıb. MSK-nın bu qərarından Apellyasiya Məhkəməsinə şikayət verilsə də, Apellyasiya Məhkəməsi MSK-nın qərarını qüvvədə saxlayıb. Bununla da referenduma çıxarılan məsələrlə bağlı fərqli fikrin ictimailəşdirilməsi imkanlarının qarşısı alınıb. Вернуться назад |