Главная > Dünya > Böyük Britaniyada yüzlərlə qaçqın uşaq itkin düşüb

Böyük Britaniyada yüzlərlə qaçqın uşaq itkin düşüb


5-09-2016, 13:38.
Böyük Britaniyaya valideynsiz gələn yüzlərlə qaçqın uşaq ölkə ərazisində itkin düşüb. Novator.az bildirir ki, bu xəbəri Böyük Britaniyanın yerli mediası Daxili İşlər Nazirliyinə istinadla yayıb.

Məlumata görə, son 5 ildə ölkəyə böyüklərin müşayiəti olmadan 9287 nəfər həddi-büluğa çatmamış şəxs gəlib. Onlar uşaq evlərinə və ailələrin himayəsinə veriliblər. Qaydaya görə, bundan sonra sosial işçilər həmin uşaqların taleyi ilə maraqlanmalı idi. Amma bu dövr ərzində 360 uşaq itkin düşüb və hakimiyyət orqanlarının onlarla bağlı heç bir məlumatı yoxdur.

İtkin düşmüş uşaqların insan alverinin qurbanına çevrilmə, seksual zorakılığa və ya əsarətə məruz qalma versiyaları irəli sürülür. Bundan başqa, uşaqların psixoloji travma, stress, hakimiyyətə etimadsızlıq və deportasiya olunmaq qorxusu səbəbindən qaçdığı da ehtimal edilir.

İngiltərənin uşaq komissarı Anna Lonqfild hökuməti dərhal itkin düşmüş uşaqları axtarmağa çağırıb.

Вернуться назад