Главная > Dünya > İran daha bir hərbçisini Suriyada itirdi

İran daha bir hərbçisini Suriyada itirdi


4-09-2016, 10:10.
İran İslam İnqilabi Keşikçiləri Korpusunun hərbçisi Daryuş Durustu Suriyada müxaliflərlə atışmada öldürülüb.
 
Axar.az xəbər verir ki, bu barədə İranın "defapress.ir” saytı məlumat yayıb.
 
Məlumata görə, Durustu Həma şəhərində aparılan əməliyatlar zamanı qətlə yetirilib.
 
Onun cəsədinin hələ də müxaliflərdə olduğu bildirilib.
 
Qeyd edək ki, bu günə qədər Suriyada İranın 1300-dən çox əsgəri öldürülüb.

Вернуться назад