Главная > Region > Cənubi Azərbaycanı sel basdı: 7 nəfər həyatını itirib

Cənubi Azərbaycanı sel basdı: 7 nəfər həyatını itirib


4-09-2016, 08:57.
İranın 5 əyalətində leysan yağışları və qasırğa nəticəsində ən azı 7 nəfər həyatını itirib.
 
Report xəbər verir ki, bu barədə sentyabrın 3-də Xilasetmə İşləri Təşkilatının rəhbəri Nasir Şərhsaz məlumat verib.

O bildirib ki, daşqınlar nəticəsində 4 nəfər batıb, daha 3 nəfəri isə ildırım vurub.
 
Ötən cümə Mazandaran, Gülüstan, Semnan, Ərdəbil və Şərqi Azərbaycan əyalətlərinə güclü leysan yağışları yağıb. Nəticədə 21 şəhər zərər çəkib və xilasedicilər 6 mindən çox insana köməklik göstəriblər.
 
Dəyən maddi ziyanın miqyası hələ ki, məlum deyil.

Вернуться назад