Главная > GÜNDƏM > FETÖ-nun gizli toplantısı ifşa olundu – Detallar

FETÖ-nun gizli toplantısı ifşa olundu – Detallar


4-09-2016, 09:47.

FETÖ-nun Türkiyə imamları 2013-cü il 17-25 dekabr hadisələri zamanı gizli yığıncaq keçiribmiş.

 

Axar.az xəbər verir ki, İstanbulda 2 dəfə baş tutan toplantı FETÖ-nun Milli İstihbarat Təşkilatı (MİT) üzrə imamı Murad Qarabuludun köməkçisi Hazim Səslinin telefon danışığı araşdırılarkən ifşa olunub.

 

6 saat davam edən gizli görüşdə maliyyə məsələləri, Gülənin ABŞ-dan ekstradisiya olunacağı təqdirdə Cənubi Afrikaya göndərilməsi variantı müzakirə olunub.

 

Daha sonra bu məqsədlə Hazim Səsli terrorçubaşına yer düzəltmək üçün Cənubi Afrikaya gedib.



Вернуться назад