Главная > Dünya > Almaniya “erməni soyqırımı” ilə bağlı Türkiyənin tələbilə razılaşdı

Almaniya “erməni soyqırımı” ilə bağlı Türkiyənin tələbilə razılaşdı


4-09-2016, 09:18.

Nüfuzlu Spiegel dərgisinin yazdığına  görə, Almaniya hökuməti bu il Bundestaqda qəbul edilən "erməni soyqırımı” qətnaməsindən imtina etməyi planlaşdırır. Əvəzində Ankara Almaniya deputatlarının Türkiyənin şərqindəki İncirlik hərbi aviabazasında olan bundesver əsgərlərinə baş çəkməsinə qoyulan qadağanı ləğv edəcək, – "Vestnik Kavkaza” məlumat verir.

Spiegel öz mənbələrinə istinadən bildirir ki, Türkiyə ilə bu məsələdə artıq razılıq əldə olunub. Razılığa əsasən, spiker Ştefan Zaybert hökumətin "soyqırım” qətnaməsinə əhəmiyyət vermədiyini bəyan edəcək.

Bildirilir ki, Türkiyə ilə barışıq bəyanatının məhz kimin tərəfindən verilməsi ilə bağlı uzun müzakirələr aparılıb. Lakin nə kansler Angela Merkel, nə də XİN başçısı Frank-Valter Ştaynmayer bu bəyanatın səsləndirilməsini öz üzərinə götürüb, çünki ictimaiyyət bunu Ərdoğanın qarşısında geri çəkilmək kimi qəbul edə bilər.

Lakin Spiegel eyni zamanda qeyd edir ki, Merkelin və Ştaynmayerin bu məsələdəki mövqeyində əslində heç bir dəyişiklik baş verməyib – onların hər ikisi "erməni soyqırımı” qətnaməsini əvvəlcədən "uğurlu olmayan ideya” hesab ediblər.


Вернуться назад