Главная > Baş Xəbər > MSK prezidentin sərəncamını və Konstitusiya Məhkəməsinin qərarını dəyişdirdi

MSK prezidentin sərəncamını və Konstitusiya Məhkəməsinin qərarını dəyişdirdi


3-09-2016, 18:57.
"Bu gün MSK-nın evlərə payladığı Referendum Aktında diqqətimi bir fərqlilik çəkdi. Bu, əslində, sıradan bir fərqlilik deyil. Hüquqda bunun iki adı var: ya saxtakarlıq, ya da başqa qurumların səlahiyyətlərini mənimsəmə".

Arqument.Az xəbər verir ki, bunu hüquqşünas Ələsgər Məmmədli feysbuk səhifəsində Mərkəzi Seçki Komissiyasının (MSK) Konstitusiya Məhkəməsinin qərarını dəyişdirməsini şərh edərkən deyib. 

"Məsələ belədir ki, Konstitusiyanın 25-ci maddəsinə əlavə edilməsi nəzərdə tuutlan VI bəndin mətni Prezidentin sərəncamında və Konstitusiya Məhkəməsinin qərarında "Fiziki və əqli qüsuru olanlar..." ifadəsi MSK-nın sənədində dəyişdirilərək "Sağlamlıq imkanları məhdud olanlar"- formasında ifadə edilib. Mənim məsələyə iradım ifadə tərzində deyil, MSK-nın rəsmi sənədi dəyişməsindədir. Buyurun, siz də baxın və qiymət verin".

Qeyd edək ki, MSK-nın referendum öncəsi seçicilərə göndərdiyi Referendum Aktınının müqayisəli təqdimatı ilə bağlı broşürlərdə Konstitusiyanın 25-ci maddəsinə əlavə edilməsi nəzərdə tuutlan VI bəndin mətni Prezidentin sərəncamında və Konstitusiya Məhkəməsinin qərarında "Fiziki və əqli qüsuru olanlar..." ifadəsi MSK-nın sənədində dəyişdirilərək "Sağlamlıq imkanları məhdud olanlar" formasında yazılıb. 

 




Вернуться назад