Главная > Baş Xəbər > Suriyada yeni türk diviziyası yaradıldı

Suriyada yeni türk diviziyası yaradıldı


2-09-2016, 22:47.
Suriyada Əsəd rejiminə qarşı "Liva Etrak” adlı türk diviziyası yaradılıb.
 
Axar.az xəbər verir ki, bunu "Fəth Cəbhəsi” qruplaşmasının türk əsilli döyüşçüsü Səlman Rumi adlı Tvitter istifadəçisi bildirib.
 
Məlumata görə, yeni diviziyada türk və kürd əsilli döyüşçülərin toplanılması gözlənilir.
 
"Fatehin və Səlahəddinin törəmələrini "Liva Ətrak”da gözləyirik. İnşallah rəsmi hesab, video və təsvirlərlə qrup daha yaxşı tanıdılacaq”, - məlumatda bildirilib.

Вернуться назад